Kanada sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytında yer alan məlumatında deyilib.
Qeyd olunub ki, zəlzələ Bakı vaxtı ilə saat 19:54-də qeydə alınıb. Zəlzələnin episentri Port Makneyl kəndindən 211 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşirib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.