Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.

ƏvvəlkiAstanada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub
NövbətiŞavkat Mirziyoyev Özbəkistanda türk gənclərinin Kreativ Yaradıcılıq Mərkəzinin yaradılmasını təklif edib