Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aprelin 26-da açıqlanacaq

Təhsil İnstitutunun təşkilatçılığı ilə II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 86 mərkəzdə keçirilən müsabiqənin nəticələrini aprelin 26-dan etibarən ttm.edu.az saytında “Şəxsi kabinet”dən əldə etmək olar. Nəticələrə əsasən, I, II və III yerləri tutanlar diplom və medalla təltif ediləcək, digər şagirdlərə isə iştirak sertifikatı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

ƏvvəlkiARDNF I rübdə büdcə öhdəliyini 44 % az icra edib
NövbətiAzərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb