Kim Çen In Rusiyaya getdi

Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya getmək üçün bazar günü günortadan sonra zirehli qatarı ilə Pxenyanı tərk etdiyi bildirilir.

Medianews.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, səfər zamanı Kimi hökumət və silahlı qüvvələrin aparıcı rəsmiləri müşayiət edəcək.

Kim Çen Inin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi və silahlarla bağlı danışıqlar aparacağı bildirilir.
ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi keçən ay verdiyi açıqlamada, Rusiya və Şimali Koreya arasında silah müzakirələrinin aktiv şəkildə irəlilədiyini vurğulayıb.
ƏvvəlkiAzərbaycan Argentinaya nota verib
NövbətiBolqarıstanın Baş naziri: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq”