Kim Çen Trampla görüşə yollandı

Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüş üçün Sinqapura yollanıb.

Türk.az xəbər verir ki, bu barədə “Renxap” yazıb.

Məlumata görə, Şimali Koreya liderindən əvvəl Sinqapura yollanan “Air Koryo” şirkətinə məxsus İl-76 təyyarəsi də artıq hava limanına eniş edib. Təyyərənin Kim Çenin Çinə səfəri zamanı olduğu kimi bu dəfə də liderin şəxsi avtomobilini daşıdığı ehtimal olunur.

Xatırladaq ki, liderlər arasında görüş iyunun 12-nə nəzərdə tutulsa da, ABŞ Prezidenti Donald Trampın da bazar günü Sinqapurda olacağı açıqlanmışdı. Orxan Tağıyev

ƏvvəlkiBakıda sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib – FOTO – VİDEO
Növbətiİlham Əliyev səfirləri qəbul etdi