Konfrans Liqası: “Sabah” “Makkabi”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və “Makkabi” (Hayfa, İsrail) komandaları arasında oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Masazırda yerləşən “Bank Respublika Arena”da keçirilən görüşün əsas və əlavə vaxtı rəqibin 6:3 hesablı qələbəsi ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan “Sabah” (3:2) adını növbəti raunda yazdırıb.

“Sabah”ın III mərhələdəki rəqibi “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi olacaq. İlk görüşdə İrlandiya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

ƏvvəlkiCOP29 Azərbaycan Əməliyyat Şirkəti “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir
NövbətiTürkiyədə birgünlük matəm elan edilib