Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi bazar ertəsi, sentyabrın 19-da keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Bukinqem sarayından bildiriblər.
“Əlahəzrət Kraliçanın dövlət dəfn mərasimi 19 sentyabr bazar ertəsi, Britaniya standart vaxtı ilə saat 11:00-da Vestminster abbatlığında keçiriləcək”, – deyə sənəddə qeyd olunub.
Dəfn günü istirahət günü hesab olunacaq. II Elizabetinin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək ki, təbəəyələr onunla vidalaşa bilsinlər.