Küləkli hava şəraiti ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 müraciət daxil olub.
AZƏRTAC-a TƏBİB-dən verilən məlumata görə, xəsarət alanlar arasında bir nəfər kişi qabırğaların sınığı diaqnozu, bir nəfər qadın isə başın səthi travması, baş-beyinin silkələnməsi ilə tibb müəssisəsinə hospitalizasiya edilib.