Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib

Sentyabrın 15-17-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” xəbərdarlıq verilib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Şabran, Xaçmaz və Siyəzəndə fasilələrlə şərq küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

ƏvvəlkiAğdərədə FHN-in avtomobili qəzaya düşüb, ölən və yaralananlar var
NövbətiBraziliya Prezidenti Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək