Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
“Report” xəbər verir ki, hazırda əməliyyat davam edir.
RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.
Baş Prokurorluqdan “Report”a bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.