Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir
olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11
saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından
xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı
ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 253 yoldəyişən yenisi ilə
əvəz olunub.
Hazırda Kürdəmir stansiyasının tək və cüt boğazında 15 ədəd yeni
yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.
Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin
kollektivi həyata keçirir.
“Azərbaycan Dəmir