Kürdəmir rayon sakini intihar edib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Y.Dadaşov ailəlidir və iki qız atasıdır.