Sentyabrın 3-də Kürdəmir stansiyandan 14 kilometr cənubda – Kürdəmir rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 20:35-də qeydə alınan zəlzələnin maqnitudası 5,2-yə bərabər olub.
Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 5, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.