KXDR və Cənubi Koreya Pxenyan sammitinin nəticələrinə əsasən hərbi sahədə razılaşma imzalayıblar.
Bu barədə “Report” “Yonhap” agentliyinə istinadən xəbər verir.
Sənədi Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu və KXDR-in xalq silahlı qüvvələrinin naziri No Qvan Çxol dövlət başçılarının – Mun Çje İnin və Kim Çen Inın iştirakı ilə imzalayıblar.
***06:29
KXDR və Cənubi Koreya liderləri hərbi sahədə razılaşma və Pxenyan sammitinin nəticələrinə dair bəyanat imzalayacaqlar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Seul administrasiyasının nümayəndəsi bildirib.
İmzalanacaq sənədin mahiyyəti hələ məlum deyil. Lakin bildirilir ki, sənədi Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu və KXDR-in xalq silahlı qüvvələrinin naziri No Qvan Çxol imzalayacaq.
Sonra Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In birgə bəyanat imzalayacaq, jurnalistlər qarşısında çıxış edəcəklər.