Lənkəranda erkən nikahla mübarizə ilə bağlı tədbir keçirildi

“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azyaşlı qızların kabusu – erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” adlı layihəsi çərçivəsində Lənkəran şəhərində tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan “Gender Bərabərliyi” İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün gənclərin ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və müəllimlərin gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd edib.

Tədbir interaktiv formada və müzakirə xarakterli olub. Belə ki, tədbir iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən söz açıblar. Lənkəran şəhərində son vaxtlar erkən nikah probleminin qismən aradan qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı islahatlardan öz razılıqlarını ifadə ediblər.

ƏvvəlkiKiyevə kütləvi dron hücumu olub, dağıntılar var
NövbətiHikmət Hacıyev erməni yaraqlılarının itdən sui-qəsdçi kimi istifadəsi barədə: “Əxlaqsızlıq sərhəd tanımır”