Lənkəranda itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib

Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub.

“Report”un cənub bürosu xəbər verir ki, helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.

Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.

ƏvvəlkiABŞ Ticarət Nazirliyi Rusiya və Çin texnologiyaları olan avtomobillərin satışını qadağan edib
Növbətiİsraillə HƏMAS arasında sülh razılaşması əldə olunub