Laçında insan sümükləri tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.