Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, Leninqrad blokadasının aradan qaldırılmasının iştirakçısı, Prezident təqaüdçüsü Fatma Səttarova 101 illiyini qeyd edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, Bakıdakı Rus Evinin nümayəndələri Fatma Səttarovanı doğum günü münasibətilə təbrik edib, sovet qoşunları tərəfindən Leninqradın blokadadan tam azad edilməsinin 79-cu ildönümünün qeyd edilməsi ərəfəsində ona gül və xatirə hədiyyələri təqdim ediblər.
Tədbirdə Belarus səfirliyinin, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, veteranlar, ziyalılar iştirak ediblər.
Bundan əvvəl blokadanın yarılmasının 80-ci ildönümü şərəfinə Bakıdakı Rus Evi və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının nümayəndələri “Leninqrad Blokadası İştirakçıları” İctimai Birliyinin Bakıda yaşayan üzvlərinə baş çəkib, onlara xatirə hədiyyələri təqdim ediblər.