Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si səhər saatlarına olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Lənkəranda 54, Astarada 40, Oğuzda 19, Lerikdə 16, Rvarudda (Lerik) 12, Yardımlıda 11, Kişçay (Şəki), Sarıbaşda (Qax) 10, Qəbələdə 9, Bərdədə 8, Şəki, Göyçay, Zərdabda 7, Balakən, Zaqatala, İmişli, Şamaxıda 6, Kürdəmir, Sabirabadda 4, İsmayıllı, Cəfərxan, Ağsuda 3, Tərtər, Beyləqan, Gədəbəy, Ağdam, Mingəçevir, Göytəpədə 2.0 millimetr, Şahdağ, Şabran, Xınalıq, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan, Bərdə, Qrız, Xaltan, Qusar, Altıağac, Qobustan, Şəmkir, Göygöl, Daşkəsəndə 1, Bakıda və Abşeron yarımadasında: Bakıda 3, Sumqayıt, Maştağa, Çilov adası, Binə, Pirallahıda 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 22, Sarıbaşda (Qax) 11, Lerikdə 2, Xınalıq, Daşkəsən, Altıağac, Qusar, Şahdağda 1 santimetr olub.
Noyabrın 11-də gün ərzində şimal-qərb küləyi əsib, arabir Naftalanda 22, Neftçalada 20, Salyan, Tərtərdə 18, Şərurda 15, Bakıda və Abşeron yarımadasında: Çilov adasında 23, Neft Daşları, Bakı, Binə, Maştağada 22, Pirallahıda 21, Qum adasında 20, Ələt, Sumqayıtda 18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.7 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, Aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan Muxtar Respublikasında 1-4° isti olub.