Litva Rusiya və Belarus ərazisindən yüklərin tranziti qaydasını sərtləşdirmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Baltikyanı ölkənin gömrük idarəsi məlumat yayıb.
İdarədən bildirilib ki, tranziti zamanı istehsalçıdan bəyannamə təqdim edilməli olan 57 mal qrupu ilə bağlı yeni prosedur tətbiq edilib. Belə ki, Belarus və Rusiya ərazisindən keçərkən malları boşaltmamaq, yenidən yükləmək və ya satmamaq vədi ilə məhsulların satıcısı (ixracatçısını) və üçüncü ölkədəki alıcısı göstərilməlidir.
Belə bir sənəd iyulun 3-dən mallar ixrac üçün bəyan edilərkən, iyulun 17-dən isə sərhəd nəzarəti məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında təqdim edilməlidir.
Tranzitin sərtləşdirilməsinə daxil olan 57 mal qrupu arasında elektronika və onun komponentləri, elektrik transformatorları, elektronika, elektrik mühərrikləri, generatorlar, telefon istehsalında istifadə oluna bilən kimyəvi materiallar üstünlük təşkil edir.