Liviyanın şərqində sel fəlakətində həyatını itirənlərin sayı 1 500-ü keçib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yeddi min nəfərin itkin düşdüyü bildirilir.
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.
Qeyd edək ki, “Daniel” siklonu Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə təsir edib.