Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 189 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb.

Türk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviyadakı bölməsi məlumat yayıb.

Bildirilib ki, həbi əməliyyatlar nəticəsində 816 nəfər yaralanıb. Məlumata görə, Liviyanın paytaxtı Tripolidə təcili yardım briqadası yerləşdirilib.

Qeyd edək ki, marşal Xəlifə Hatarın başçılıq etdiyi mill ordu ilə Faiz Saracın başçılıq ediyi milli barışıq hökumətinin qüvvələri arasında döyüşlər davam edir.

Aprelin 4-də X.Haftar Tripoliyə yürüşə başladığını elan edib. Aprelin 7-də isə Liviyanın hakimiyyətyönlü qüvvələri arasında döyüş başlayıb.

ƏvvəlkiTəhsil naziri Bakı məktəblərinin direktorlarına: “Hər bir şagirdinizi tanıyın”
NövbətiPrezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib