Məcburi Köçkün uşaqlar tibbi müainədən keçirildi:-Valideyinlər maarifləndirildi

“Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Məcburi köçkün uşaqlarda kardiorevmotoloji yönümlü xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə 05 iyun 2018-ci il tarixdə Masazır Məcburi Köçkün Qəsəbəsində  valideyinlərdən ibarət iki qrupa təlim keçmişdir.

Birinci qrupda 29 və ikinci qrupda 26 nəfər iştirak etmişdir. Təlimlərdə Zəngilan RİH-nin əməkdaşı Nazir Məhərrəmov, Zəngilan rayon poliklinikasının tibb işçiləri və “Ahıl və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova da iştirak edirdi.

Layihə rəhbəri Sveta Rəfiyeva hər iki təlimdə iştirakçıları salamlayaraq, layihənin donoru və məqsədi barədə məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə  məckunlaşmış məcburi köçkün üşaqların kardiorevmotoloji  yönümlü xəstəliklərinin  ilkin etapda müayinə olunaraq xəstələrin aşkara çıxarılması, ardınca xəstəliklərin ağırlaşma riskinin minimuma  endirilməsi və ağırlaşmış xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkilindən ibarətdir. Daha sonra  sözü kardiorevmatoloq Asif Cəfərova verdi.

Asif Cəfərov kardiorevmatoloji xəstəliklərin uşaqlarda yaranma səbəblərini ətraflı izah etdi. Birinci qrupla təlimdə Zəngilan rayonunda məcburi köçkün Vəfa Məmmədovanın uşaqların tez-tez baş ağrısından şikayətlənmələrinin səbəbi barədə sualını tibbi nöqteyi nəzərdən izah etdi.

İkinci qrupla təlimdə Fizuli rayonundan məcburi köçkün Lamiyyə Nağıyevanın uşaqlarda xroniki revmatizmin müalicə olunmaq ehtimalı barədə sualına Kardioloq Sveta Rəfiyeva elmi–təcrübi əsaslarla cavab verdi.

Hər iki qrupla təlimdən sonra çay fasiləsi oldu. Çay fasilələrindən sonra valideynlərin iştirakı ilə 0-18 yaş arası uşaqların müayinə olunmasına başlanıldı.

 

 

46 uşaq müayinə olundu. Onlardan 9 nəfərin müalicəyə, 5 nəfərin isə laborator müayinəyə ehtiyacı olduğu müəyyən olundu.

Valideyinlər tədbiri yüksək  qiymətləndirməklə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihə əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.

05 iyun 2018-ci il

ƏvvəlkiMikayıl Cabbarov 3 böyük problemdən danışdı
NövbətiZaqatala 7 dəfə silkələndi – Güclü zəlzələdən sonra…