“MƏCBURİ KÖÇKÜN UŞAQLARDA KARDİOREVMOTOLOJİ YÖNÜMLÜ XƏSTƏLİKLƏRİN AŞKARA ÇIXARILMASI VƏ PROFİLAKTİKASI” LAYİHƏSİ TAMAMLANDI

“Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Məcburi köçkün uşaqlarda kardiorevmotoloji yönümlü xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə fəaliyyətlərin yekununa dair 22 iyun 2018-ci il tarixdə Masazır Məcburi Köçkün Qəsəbəsində  Dəyirmi Masa (DM) keçirmişdir.

Dəyirmi Masada 25 nəfər iştirak etmişdir. Tədbirdə   Zəngilan rayon poliklinikasının tibb işçiləri və  müəllimlər də  iştirak edirdi.

Layihə rəhbəri Sveta Rəfiyeva  iştirakçıları salamlayaraq, layihənin donoru,  məqsədi və layihənin icrasına dair  məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə  məckunlaşmış məcburi köçkün üşaqların kardiorevmotoloji  yönümlü xəstəliklərinin  ilkin etapda müayinə olunaraq xəstələrin aşkara çıxarılması, ardınca xəstəliklərin ağırlaşma riskinin minimuma  endirilməsi və ağırlaşmış xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkilindən ibarət olmuşdur.  Layihə fəaliyyəti zamanında 85 nəfər valideyin  ” Məcburi köçkün uşaqların kardiorevmotoloji  yönümlü xəstəliklərinin  ilkin etapda müayinə olunaraq xəstələrin aşkara çıxarılması, profilaktikası və müalicəsinin zəruriliyi barədə valideynlərinin  maarifləndirilməsi “nə dair təlimlərdə iştirak etmişdir.

05.06.2018 və 12.06.2018-ci il tarixlərdə keçirilən tədbirlərdə 0-18 yaş arası 92 nəfər uşaq kardiorevmatoloq həkimlər tərəfindən müayinə olunmuş, xəstələrin aşkar edilməsi üçün aparılan anamnestik və klinik müayinələrlə birlikdə 13 nəfər uşaq poliklinikanın tibbi avadanlıq köməkliyi ilə EKQ edilmiş və 21 nəfər uşaqda pulsoksimetriya aparılmışdır. Bütün uşaqlarda sadə yolla burun, boğaz otoskopik müayinələrdən istifadə olunmuşdur.  Müayinə olunan uşaqların hər birinə lazımi məsləhətlər verilmişdir.

Zəngilan  rayonundan məcburi köçkün Flora Süleymanova, leyla Əliyeva və başqaları layihənin uşaqların müayinə olunması üzrə və həmçinin valideyinlərin maarifləndirilməsi sahəsində böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

Dəyirmi Masa iştirakçıları   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihə əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.

ƏvvəlkiZəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur
NövbətiBakıda vəkil bıçaqlandı