Türk.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi 2020-ci il birinci qrant müsabiqəsinin qalibi olan “Məhsəti Şairlər Məclisi“ İB 15 sentyabr 2020-ci ildə tərtib etdiyi “Dədə Şəmşir! Sazın, sözün nəsillərə ərmağandır!“ adlı proqram ugurla həyata keçirildi.
Tədbiri “Məhsəti ŞM-nin Sədri Cəvahir Qaraqızı açdı. Dədə Şəmşirin həyat və yaradıcılığından, söz açaraq, Aşıq Şəmşir ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.
Cəvahir Qaraqızı ona həsr etdiyi “Ay Dədə Şəmşir“ poemasını söylədi. Məclisdə tanınmış aşıq və şairlər də iştirak etdilər. Məclisin Sədri Cəvahir Qaraqızı “Məhsəti” ŞM-ni ilk yaradan çox hörmətli ziyalımız Filologiya Elmləri üzrə Fəlsəfə Doktoru, Tərəqqi medallı və çox saylı mükafatlat lauriyatı Fəridə xanımın “Vətən olacam” şerini səsləndirdi. Əməkdar jurnalist, Azərbaycan Türkiyə jurnalının baş redaktoru, Azərbaycan televiziyasında “Turan” proqramlarının baş redaktoru Zərnişan Azayeva, Məclisin ağbirçəyi Şöhrət ordenli sairə Səadət Buta maraqlı çıxışı ilə diqqəti cəlb etdi. Tədbirdə 3 yaşlı Məmməd Ramal oğlu Məmmədzadə Qarabağ Azərbaycandır! deyə hayqırtısı ilə hamının rəğbətini qazandı. Sevilən şairələr Südabə İrəvanlı, “Aşıq Pəri” məclisinin Sədri Pərvanə Zəngəzurlu, ”Mirvari Dilbazi”məclisinin Sədri Güllü Eldar Tomarlı, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Şükufə Naxçıvanlı, Aşıq Əli Vüqaroğlu, Aşıq Aida Gülzar,Aşıq Fikrət Borçalı, Aşıq Fatimə Məmmədova, Aşıq Şahin İsmayılov, Aşıq Nazənin Lerikli, şairlərdən Səadət Novruzqızı, Leyla Mətin, Elmira Mahalqızı, Xalidə İlyasqızı, Vokal ifaçısı İslam Ələsgərli, Türkan Həmidova çıxış etdilər.
Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sədri Azay Quliyev Cənablarına, İcraçı Direktor Fərasət Qurbanov cənablarına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.