“MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ” LAYİHƏSİ

Qax rayonu Nizami Gəncəvi adına İlisu kənd orta ümumtəhsil məktəbinin müəlliməsi Səlimə Seydəliyevanın “Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi” layihəsi bu ilin iyun ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənərək həyata keçirilməyə başlayıb. 

Layihə çərçivəsində valideyn, psixoloq və şagird qrupları formalaşdırılaraq təlimlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, layihə üzrə keçirilən təlimlərə rayon ərazisində yerləşən qonşu məktəblərdə çalışan psixoloqlar da cəlb olunacaqlar.

Hazırda layihənin hazırlıq mərhələsi yekunlaşmış və ikinci mərhələ reallaşdırılmaqdadır.

Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması, təlimlərin təşkili, şagirdlər və valideynlərlə işin psixoloji aspektlərinin hazırlanması nəzərdə tutulub. Hazırda formalaşmış valdeyn qrupları üçün “Psixi inkişafın zəmini və şərtlər”, “Kiçik məktəb yaşı dövründə psixi inkişaf”, “Uşaq tərbiyəsində cəzalandırma”, “Uşaqlarda məsuliyyət hissi və məsuliyyət yaşı” “Valideyn uşaq münasibətlərinin psixoloji aspektləri” “İmtahan dövrü ərzində şagirdlərə psixoloji dəstək” “Bədən dili” mövzuları üzrə silsilə təlimlər təşkil edilir. Təlimlər Qax şəhəri İlisu kəndi orta məktəbində həyata keçirilir.

Layihənin məqsədi İlisu kənd orta ümumtəsil məktəbində göstərilən psixoloji xidmətin təkmilləşdirilməsidir.

Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində psixoloq, valideyn və şagird qrupları ilə qeyd olunan mövzular üzrə məlumat xarakterli seminarların təşkili və s. fəaliyyətlər həyata keçiriləcəkdir. Seminarlar təlimçi Günay İbrahimova tərəfindən keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi tərəfindən dəstəklənən layihə bu ilin sentyabr ayında başa çatacaq.

“Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi” layihəsinin işçi qrupu
"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ"  LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ"  LAYİHƏSİ"MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ"  LAYİHƏSİ

ƏvvəlkiXeyriyyə aksiyasında 165 nəfər könüllü qan verib
Növbəti50-dən artıq sürücü cərimələndi