Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva cərimələrlə bağlı suallara da aydınlıq gətirib.
“Report”un məlumatına görə, o, “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.
S.Əliyeva həmçinin bildirib ki, radioların monitorinqi başa çatıb və hazırda gündəlik qəzetlərin monitorinqi aparılır.