Mərkəzi Bank: Bugünkü hərracda tələb 14,1 milyon dollar təşkil edib
İyunun 1-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 14,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.