Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8 faizdən 7,75 faizə, faiz dəhlizinin aşağı həddi 6,5 faizdən 6,25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8,75 faizə endirilib.
AZƏRTAC xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.