Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Maraqlı subyektlərin də qatıldıqları iclasda əvvəlcə müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib.

Ardınca Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə baxılıb.

Əvvəlki“Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi: Xüsusi təyinatlılar praktiki məşqləri yerinə yetirirlər
NövbətiVəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib