Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib. Bu barədə onun twitter hesabında məlumat paylaşılıb.
Aparıcının şirkəti Ora Media sosial şəbəkələrdə onun vəfatı barədə məlumat paylaşarkən, mərhumun Los-Ancels şəhərində yerləşən Cedars-Sinai tibb mərkəzində 23 yanvar tarixində vəfat etdiyini qeyd etmişdir. Məlumatda mərhumun vəfat etmə səbəbi göstərilmir.
Məlumdur ki, teleaparıcı Larri Kinq koronovirus səbəbindən xəstəxanaya yerləşdirilmişdi.