Milli mətbuatın yaradlmasının 143 illiyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərin Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib.
KİV nümayəndələri istirahət Mərkəzində yaradılan şəraitlə taniş olublar.
Media nümayəndələrinin istirahət mərkəzində qarşılayan Azərbaycan Dəmiryolçularının Müstəqil Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Fəzail Bağırov jurnalistlərə burada görülən işlər barədə ətraflı məlumat verib.
Sonra keçirilən bayram tədbirində “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova çıxış edərək bildirib ki, 22 iyul – milli mətbuat günü ölkədə geniş qeyd olunur. Əsası böyük maarifçi, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı bu gün böyük inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə söz azadlığına verilən böyük imkanlardan mətbuat işçiləri üçün dolğun şərait yaradılıb.
O, bildirib ki, son illər dəmir yolunda irihəcmli layihələr icra olunmaqdadır. “Bakı-Tbili-Qars”, “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” layihələri, dəmir yolunda aparılan islahatlar haqqında jurnalistlərə məlumat verdi. Bütün bu işləri həyata keçirən dəmiryolçuların, sosial problemlərinin həlli, istirahətlərinin təşkili də daim diqqət mərkəzindədir. Nabrandakı Nabrandakı “Lokomoyiv” İstirahət Mərkəzi 2008-ci ildən dəmiryolçuların istifadəsinə verilib.
Kütləvi informasiya vasitələri, bütün sahələrdə olduğu kimi, dəmir yolunda da həyata keçirilən iqtisadi islahatların, əldə olunan uğurların ölkə ictimaiyyətinə çatdırılmasında böyük rol oynayırlar.
Sonda bir qrup jurnalistə hədiyyələr təqdim olunub.