Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edəcək.
Bu barədə “Report”a MSK-nin Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Komissiya sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən iyulun 8-də Daşkəndə səfərə yola düşüb.
Səfərin başlıca məqsədi sədr M.Pənahovun özbəkistanlı həmkarı ilə görüşünün keçirilməsi və bu ölkədə 2023-cü il iyulun 9-da növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.
Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan MSK sədrinin Özbəkistanda seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
MSK-nin nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin seçki müşahidə missiyalarında da təmsil olunurlar.