M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.
AZƏRTAC xəbər verir ki, “Açıq qapı” günü dekabrın 2-də saat 14:00-da təşkil olunacaq.
“Açıq qapı” günü abituriyentlər:
– 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;
– filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;
– qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.
Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.
“Açıq qapı” günü Bakı şəhəri, H.Cavid prospekti, 133 ünvanında (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığı) keçiriləcək. Tədbir bitdikdən sonra (15:30) universitetin kampusuna ekskursiya təşkil ediləcək.
Əlaqə telefonu: (012) 598 93 32