Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumun dünya ictimaiyyəti tərəfindən qınaqlarına Macarıstanın Azərbaycandakı səfirliyinin kollektivi də qoşulub.
AZƏRTAC xəbər verir ki, diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda bu silahlı hücumu törədənlər qınanılır. Paylaşımda həlak olan azərbaycanlı həmkarın yaxınlarına başsağlığı, yaralananların tezliklə sağalması diləyi ifadə olunur.