Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin anadan olmasının 111-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış edəcəklər.
Proqramda Niyazinin “Rast” simfonik muğamı, “Arzu” romansı, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı və “Konsert” valsı səsləndiriləcək.