Qubada 25 yaşlı gəncin faciəli şəkildə ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə bu ilin may ayının 25-də rayonun Xəqani küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ramiz Kərimli mayın 23-də Quba rayonunda Əkrəm Əlimirzəyevə məxsus evi kirayəyə verən “makler” Həmid Mirzəbəyovdan 3 günlük kirayəyə götürüb. Mayın 25-də R.Kərimli həmin evin hamam otağında çimən zaman otaqdakı su qızdırıcısından çıxan elektrik xətlərinin saz vəziyyətdə olmaması nəticəsində onu cərəyan vuraraq öldürüb.
Araşdırma zamanı Ə.Əlimirzəyevlə “makler” H.Mirzəbəyov arasında şifahi razılaşma olub. Həmin razılaşmaya əsasən, H.Mirzəbəyov evi kirayə məsələlərinə nəzarəti öz üzərinə götürüb. Bütün məsələlərdə cavabdeh şəxs də H.Mirzəbəyov olub.
Faktla bağlı Quba rayon prokurorluğunda dekabrın 4-də Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.