Əgər ABŞ İranla nüvə razılaşmasından çıxsa, bu, nüvə müharibəsinə səbəb ola bilər.
Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.
“Ən pis halda ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasından çıxacaq. Bu o deməkdir ki, biz Pandorranın qutusunu açacağıq. Bu, müharibə ola bilər. Mən düşünmürəm ki, Tramp müharibə başlatmaq istəyir”, – deyə o bildirib.