Malayziyada turist düşərgəsinin torpaq sürüşməsinə məruz qalması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, xilasedicilər son sutka ərzində daha 1 nəfərin cəsədini aşkarlayıb. Artıq axtarış-xilasetmə işləri dayandırılıb.
Faciə dekabrın 16-da gecə saatlarında Kuala-Lumpur şəhərindən 50 kilometr şimalda yerləşən turist düşərgəsində baş verib. Təbii fəlakət nəticəsində təxminən 1,2 hektar ərazi torpaq altında qalıb. Xilasedicilər indiyə qədər 61 insanı xilas edə biliblər.