Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Yanvarın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, faiz gəliri 9 faizdir. İstiqrazlar 2022-ci il yanvarın 25-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. İştirakda maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

ƏvvəlkiSərnişinlərin nəzərinə!
NövbətiGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıb