Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105018789 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96.6621 AZN (9.8800 faiz) və 100.3500 AZN (7.8075 faiz) olan 14 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0544 AZN (7.9700 faiz), orta ölçülmüş qiyməti 100.0676 AZN (7.9627 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 milyon 994 min 600 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il sentyabrın 20-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 23-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.