Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

Bu gün yerli vaxtla səhər saatlarında Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib və vəzifəsinin rəsmən icrasına başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Kanadada heç vaxt dövlət vəzifəsində olmamış yeni Baş nazir bu ilin sonunda keçiriləcək seçkilərdə Liberal Partiyasına rəhbərlik edəcək.

Qeyd edək ki, sorğular Liberal Partiyasının qarşıdan gələn seçkilərdə böyük ehtimalla məğlubiyyətlə üzləşəcəyini göstərdiyi üçün əvvəlki Baş nazir Castin Trüdo 10 illik vəzifədən sonra yanvar ayında istefa verəcəyini elan etmişdi. Lakin Kanadanın Trampa və onun siyasətlərinə qarşı artan antipatiyası fonunda partiyanın nüfuzu yaxşılaşıb.

ƏvvəlkiBDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb
NövbətiPrezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib