Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 315 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 149, ikinci doza vaksinlərin sayı – 1 min 796, üç və daha çox doza vaksinlərin sayı – 18 min 178, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1192-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 224 min 872, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 312 min 204, ikinci mərhələ üzrə 4 milyon 800 min 732, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 894 min 880, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 217 min 56-dır.