Martın 29-da Qırğızıstanda kütləvi vaksinasiyaya başlanacaq və peyvəndləmə könüllülük əsasında həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Vurğulanır ki, peyvəndləmə zamanı “SinoPharm” vaksinindən istifadə olunacaq.
Bildirilir ki, vaksinasiyaya ilk olaraq Bişkek şəhəri, Oş və Çuy vilayətlərindən başlanacaq. Vaksinasiya ilə bağlı Bişkek şəhərində beş, Oş və Çuy vilayətlərində isə hərəsində iki peyvəndləmə məntəqəsi yaradılıb, tibb personalının tədris treninqləri keçirilib.
İlk olaraq yaşı 65-dən çox olanlar, tibb və təhsil sahələrinin əməkdaşları və rəhbər heyəti, hüquq-mühafizə orqanlarının və güc strukturlarının nümayəndələri peyvəndlənəcək.