Mayın 24-dən 27-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir

Mayın 24-ü axşamdan 26-sı axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mayın 25-i günün birinci yarısında şimal küləyinin sürətinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın rayonlarının bəzi yerlərində isə havanın mayın 24-ü gündüzdən 27-dək arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

ƏvvəlkiTacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib
NövbətiBMT Baş Assambleyası 11 iyulu Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü kimi qəbul edib