Mayın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 597 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 235, üç və daha çox doza vaksinlərin sayı 1812, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 201-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 721 min 257, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 347 min 500, ikinci mərhələ üzrə 4 milyon 848 min 697, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 279 min 418, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 642-dir.