Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 27-28-də keçiriləcək MDB ölkələri Dövlət Başçılarının Zirvə görüşü zamanı siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair bir sıra sənəd layihələri müzakirə ediləcək.
“Report” AsiaPlus-a istinadən xəbər verir ki, dar formatlı görüşlərdə MDB çərçivəsindəki qarşılıqlı fəaliyyət, qurumun sədrliyi, növbəti sammitin tarixi və yeri barədə fikir mübadiləsi nəzərdə tutulur. Geniş tərkibli danışıqlar zamanı isə siyasi fəaliyyətlərin mühüm məsələləri, mədəni və humanitar sahələrdə, habelə təhlükəsizliyin təmini ilə bağlı əməkdaşlığın daha da inkişafı, MDB-nin hüquqi və təşkilati təminatı diqqət mərkəzində olacaq.