Azərbaycanın iki qadın boksçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.
“Report”un məlumatına görə, 48 kq-da çıxış edən Lalə Mədətova və 52 kq-da mübarizə aparan Nərmin Əlizadə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, boks üzrə Azərbaycan yığmaları yarışda 16 idmançı ilə təmsil olunur.