Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla arasında görüş keçirilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, Görüş zamanı Əhməd İsmayılov tədris prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla media sahəsində islahatlar prosesinin geniş vüsət aldığını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi görüşdə Medianın İnkişafı Agentliyinin Layihələr şöbəsinin müdiri Ləman İsgəndərova “MEDİA Lab” layihəsinin təqdimatını edib, layihənin təşkili mexanizmləri müzakirə olunub.