Meksikanın paytaxtı Mexikoda metronun üçüncü xəttində iki qatarın toqquşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının sədri Klaudiya Şeynbaum tviterdə deyib.
“Qatarda sıxışan dörd nəfərdən üçü artıq xilas edilib, birinin isə çıxarılması davam edir. Bu günə qədər bir nəfərin öldüyü təsdiqlənib”, – şəhər rəsmisi bildirib.
Hadisənin səbəbləri ilə bağlı məlumat hələlik açıqlanmayıb, xilasetmə əməliyyatı davam edir.